Əxlaqsızlıq yuvasının altından xəzinə çıxdı - FOTO

Maraqlı 16 May 2022 | 23:37
OXUNUB: 1970

Polşalı dəfinəaxtaranlar böyük bir tapıntı ilə rastlaşıblar. Avtosfer.az-ın vanityfair.fr-ə istinadla xəbərinə görə, tərk edilmiş binanın xarabalıqlarında yerə basdırılmış metal konteyner aşkar edilib. Hündürlüyü 1,5, eni 0,5 metr olan konteynerdə 4 tonadək qızıl-zinət əşyası aşkar edilib.


Sileziyada tapılan dəfinənin nüfuzlu alman zabitlərindən birinə aid olduğu şübhə doğurmur. Onun Hitler Almaniyasının daxili işlər naziri Henrix Himlerə aid olması ehtimalı yüksəkdir. Binanın başqa yerlərində də talan edilmiş qənimətlərin olması fərziyyəsi irəli sürülüb. 


Sarayın başqa yerlərində də axtarış davam edir. Lakin 3 metr dərinliyə basdırılan konteynerin çıxarılmasına icazə verilmir. Polşa ordusu ərazidə minatəmizləmə işləri apardıqdan sonra konteyner qazılıb çıxarılacaq. Dəfinənin ətrafında mina tələsinin olması riski böyükdür.


Onu da deyək ki, sözügedən bina 3-cü Reyxin vaxtında əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərib. Minlərlə əsir qadın burada alman zabitlərinin cinsi ehtiyaclarını ödəyirdi.

 

Vüqar

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man