Finlandiyanın şimalında, Laplandiyada “Tiranların oyunu” (“Game of Thrones”) məşhur serialı əsasında otel açılıb.
Avtosffer.az fin mətbuatına istinadən xəbər verir ki, tematik heykəllərlə bəzədilən otel qar və buzdan tikilib. Otel 20 min kvadrat metr ərazini əhatə edən buz kəndinin bir hissəsidir. Burada buz barı, buz restoranı və buz kilsəsi yaradılıb. Oteldə 24 adi nömrə və 6 lüks nömrə var. İçəridə havanın temperaturu -5 dərəcə olduğu üçün qonaqlara isti yataq bağlamaları verilir. Oteldə gecələmək 200 dollara başa gəlir, kəndə səfər üçün isə 18 dollar ödənilir. Müştərilərə, həmçinin, xizək, snoubord, it və şimal maralı sürmək, buz heykəltəraşlıq emalatxanalarına giriş də daxil olmaqla müxtəlif fəaliyyətlər təklif olunur.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man