Ispaniyanın Almeriya şəhərində baş verən hadisə dünya mediasının diqqət mərkəzindədir. Avtosfer.az-ın canal.fr-ə istinadla xəbərinə görə, maraqlı hadisə uşaq bağçasında baş verib. 2 yaşlı 2 uşaq oyuncaq motosikllə bağçanın ərazisindən uzaqlaşıb. Hadisə günün ikinci yarısında valideynlər uşaqları bağçadan götürən vaxt baş verib.
Uşaqları bağçadan 300 metr aralıda görən bir qadın tutaraq geri qaytarıb. Faktı polis araşdırır.
Yeri gəlmişkən, dünya mediası bu uşaqları körpə avtoşlar kimi təqdim edir.
PS. Bəlkə də hansısa kişi rast gəlsə fikir verməyəcəkdi. Lakin bu situasiyada qadın fəhmi, ana ürəyi öz sözünü dedi.
Vüqar
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man