Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir? - FOTO

Gündəm 19 Aprel 2022 | 16:38
OXUNUB: 796

Xəbər verdiyimiz kimi, Baş Prokurorluq “Tərtər işi” ilə bağlı bir nəfər barəsində axtarış elan edilməsi haqda məlumat yayıb.

Avtosfer.az-ın məlumatına görə, qanunsuz həbs edilən hərbçilərə işgəncə verməkdə təqsirləndirilən Əzizov Polad Seyfəddin oğlunun daha əvvəl saxlanıldığı, sonradan buraxıldığı məlum olub. Belə ki, 1982-ci il təvəllüdlü gizir Polad Əzizov 2015-ci ilin oktyabrında Xüsusi Təyinatlı Qüvvələrdən və Ordu sıralarından tərxis olunub. Lakin o, 2016-cı ilin aprelində yenidən ordu sıralarına bərpa edilib və həmin ilin dekabrında Tərtər əlahiddə kəşfiyyat taborunda xüsusi təyinatlı bölükdə xidmətə başlıyıb.

2017-ci ilin mayında isə Polad Əzizov Tərtərdə aşkara çıxarılan casus şəbəkəsinin üzvlərinə işgəncə verməkdə şübhəli bilinərək həbs edilib. Sonradan sərbəst buraxılan P.Əzizov istintaqdan yayındığı üçün onun barəsində axtarış elan edilib.

 

 

“Qafqazinfo”

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man