Hərracda 1 kq çay 15,5 min dollara satılıb

Maraqlı 18 Aprel 2022 | 19:19
OXUNUB: 1606

Yaponiyada  bir kiloqram bağlama çay yarpağı 1,96 milyon yenə (təxminən 15,5 min dollara) satıldı ki, bu da mütləq rekorddur.

"Fins.az"xəbər verir ki,  Kyodo xəbər agentliyinin məlumatına görə, belə hərraclar hər il aprel ayında Şizuoka şəhərində, ölkənin ən yaxşı çay plantasiyalarının yerləşdiyi ərazidə keçirilir.

Bilicilər dequstasiyadan sonra qeyd ediblər ki, rekord qiymətə alınan yaşıl çay özünəməxsus sərt dad və ətirə, xüsusilə tünd rəngə malikdir. Bazar ertəsi Şizuokada keçirilən hərraclarda yeni məhsuldan alınan çay 1 kq-ı orta hesabla 5000 yenə (təxminən 40 dollar) satılıb.

Yaponiya kənd təsərrüfatı məhsullarının hərracları ilə tanınır və bu, tez-tez qiymət rekordları qeydə alınır. Belə ki, ötən ilin iyulunda Kanazava şəhərində keçirilən hərracda nadir “Pima Ruby” sortuna aid bir salxım üzüm demək olar ki, 13 min dollara satılıb.

  •  
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man