Ən böyük komet kəşf olundu

Maraqlı 15 Aprel 2022 | 23:00
OXUNUB: 1403

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Günəş sistemində indiyə qədər görülmüş ən böyük kometin kəşf edildiyini açıqlayıb.

“Qafqazinfo” “BBC”yə istinadən xəbər verir ki, nüvəsi normaldan 50 dəfə böyük olan komet saatda 22.000 mil sürətlə Yerə doğru irəliləyir.

NASA-nın Hubble Kosmik Teleskopu kometin buz nüvəsinin təxminən 500 trilyon ton kütləsi və 85 mil (137 km) enində olduğunu müəyyən edib. Bildirilir ki, narahat olmağa gərək yoxdur. Kometin Yerə çatacağı ən yaxın nöqtə Günəşdən bir milyard mil uzaqlıqda olacaq və bu, 2031-ci ilə qədər baş verməyəcək.

Qeyd olunur ki, komet ilk dəfə Hubble teleskopu tərəfindən 2010-cu ildə aşkar edilsə də, ölçüsü yalnız indi təsdiqlənib. O, astronomların indiyə qədər gördüyü hər hansı kometdən daha böyükdür.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man