Avtosfer.az avtomobil dünyasında baş verən maraqlı hadisələrlə sizi tanış etməyə davam edir.
2022-ci ildə yubileyi keçirilməsi nəzərdə tutulan şirkətlər.
"Mercedes-Benz S-klass" 50 illik yubiley (W 116)
Mercedes-Benzin S-klass seriyasına aid sedanları ötən əsrin ortalarından məşhurlaşmağa başlayıb. Buna baxmayaraq S-klass adı 1972-ci ildə rəsmi ad qazanıb. İlk ABS sistemli W 116 modeli 8 illik işləmdən sonra, məhz 1978-ci ildə satışa çıxarılıb.
"BMW 3 seriyası" (E30) 40 illik yubiley
BMW-nin öncəki ikiqapılı modellərindən fərqli olaraq yenilənmiş E30 sedanı 1982-ci ildə universal dördqapılı sedana çevrilib.
"Mercedes-Benz 190" 40 illik yubiley
1982-ci ildə W 201 indeksi altında istehsal olunmuş yeni versiya “ Beybi-Benz” kimi məşhurlaşmışdı. 11il ərzində bu model nə az nə çox dünya üzrə 11,9 milyon tirajla satılıb.
"Opel Corsa" 40 illik yubiley
Keçən əsrin ən balaca sedanlarından olan Opel Corsa 1982-ci ildə satışa çıxarılıb. Karaqose Korsa zavodunda A seriyası ilə istehsal olunan avtomobillərin ilkin versiyası 3 və 5 qapılı hetçbekdən, 2 və 4 qapılı sedandan, kommersiya məqsədilə istifadə olunan 3 qapılı furqonlardan ibarət olub.
"Nissan Micra" 40 illik yubiley
Eyni ildə Opel Corsa-ya rəqib olan Nissan Micra ürəkləri fəth etməyi bacarıb. Yaponiya istehsalı olan K10 indeksli hetçbeklər 1982-ci ilin oktyabrında satışa çıxarılıb. Avtomobilin satışı 1983-cü ildə Avropada, 1984-cü ildə isə Kanadada baş tutub.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man