Aeroport uşaqlar üçün ekskursiyaları bərpa edib

Maraqlı 04 Aprel 2022 | 19:29
OXUNUB: 1230

Heydər Əliyev Beynəlxalq Aeroportu Azərbaycanda mülki aviasiyanın imkanlarını canlı görmək istəyən uşaqlar üçün qapılarını yenidən açır. Aprelin 9-dan etibarən Azərbaycanın əsas hava limanında 10-16 yaşlı uşaqlar üçün ekskursiyalar başlayacaq.

Müraciətlərin çoxluğunu nəzərə alaraq, turda iştirak üçün müraciətlər yalnız linkdəki elektron formada (nəşrin sonunda qeyd olunur) qəbul olunacaq və növbə ilə baxılacaq. Ənənəvi olaraq, tur Bakı hava limanının aşağıdakı obyekt və xidmətlərini əhatə edəcək:

1. Hangar Silk Way Technics;

2. Hava limanının kinoloji xidməti;

3. Hava limanının yanğından mühafizə xidməti;

4. AZAL təyyarəsinin bortu, uşaqlar pilot kabinəsinə daxil ola biləcəklər. Valideynlərdən birinin müşayiəti ilə uşaqlar ekskursiyaya qəbul edilir.

İştirak üçün ərizəni buradan göndərə bilərsiniz: //docs.google.com/forms/d/e/1FAIpQLSfldoOQ4Y_GDIdTRZoc24ML4bVD4g1wBWxbjrfHFCivNQWeeQ/viewform

Ekskursiyalarda iştirak qaydaları ilə aşağıdakı linkdən tanış olmaq olar: //docs.google.com/document/d/1n6tutL5ohthXBnmoG522dUvJDJ_V012BsKQZSrKlQC8/edit?fbclid=IwAR0h5uyOeh6PQZSrKyNYE4_09HYNVE4_P89HNGnYk

Avia Travel

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man