Dəyəri üç milyon avrodan çox olan Rusiya yaxtasına həbs - FOTO

Maraqlı 03 Aprel 2022 | 08:21
OXUNUB: 1566

İtaliyanın İmperiya şəhərinin gömrük və liman xidmətləri Rusiyadan olan şəxslərə məxsus dəyəri 3,3 milyon avrodan çox olan “New Vogue” yaxtasına həbs qoyublar.

Bu barədə şəhərin Sahil Mühafizəsi məlumat yayıb.

Qeyd edilir ki, həbs qərarı İmperiya prokurorluğu tərəfindən martın əvvəlində başlayan intensiv məhkəmə və polis araşdırmalarından sonra qəbul edilib. Bu müddət ərzində uzunluğu 30 metrdən çox olan yaxta limandan çıxmaması üçün nəzarət altında olub. Yaxtanın İmperiyanın limanında qeyri-Avropa ölkələrindən birinin bayrağı altında olduğu bildirilir.

Sahil Mühafizəsi bildirib ki, araşdırma zamanı gömrük xidmətinin mərkəzi administrasiyası nəzdində yaradılmış müvəqqəti Rusiya-Ukrayna Böhran Mərkəzi vasitəsilə “üçüncü ölkə”nin gömrük orqanlarından məlumat daxil olub.

Martın əvvəlindən İtaliya hökuməti Ukrayna böhranı ilə əlaqədar Avropa İttifaqının sanksiyalarına məruz qalan sahibkarların 900 milyon avro məbləğində aktivlərini, daşınmaz əmlakını və nəqliyyat vasitələrini dondurub.

“New Vogue” yaxtası 2021-ci ilin sonunda lüks qayıqlar satan ixtisaslaşmış vebsaytlarda peyda oldu. Açıqlamalara görə, o, 2007-ci ildə Türkiyədə hazırlanıb, 50 km/saat sürət yığa bilir və göyərtəsinə 8 sərnişin və 5 ekipaj üzvünü götürə bilir.

Mənbə: RİA Novosti

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Son xəbərlər

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man