Rusiyanın Xalq artisti Çulpan Xamatova uşaqları ilə birgə ölkəsini həmişəlik tərk etdiyini açıqlayıb. O, bundan sonrakı həyatını yaşamaq üçün Latviyanı seçib.
“Qafqazinfo” xəbər verir ki, aktrisa bu barədə yerli mətbuata müsahibəsində bildirib.
Ç. Xamatovanın sözlərinə görə, Latviyaya köçmək ideyası onda sonuncu xarici səfərindən sonra yaranıb, artıq bu ölkədə özünə ev tikib: “Ev kənddədir. Hətta ora gedə bilmək üçün başqa insanların köməyinə ehtiyacım var idi. Çünki maşın kirayə etməyə pulum yox idi. Mənə kömək edən hər kəsə çox minnətdaram”.
Aktrisa hələ yeni iş tapmadığını, pulunun isə qənaətlə üç-dörd aya bəs edəcəyini dilə gətirib.
Qeyd edək ki, Rusiyanın Ukraynaya qoşun yeritməsindən sonra bir çox tanınmışların Rusiyanı tərk etmək istədikləri barədə xəbərlər gündəmə gəlib. Daha əvvəl əfsanəvi müğənni Alla Puqaçovanın ailəsi ilə birlikdə ölkəsini tərk etməsi ilə bağlı məlumat yayılmışdı. Bundan əlavə, teleaparıcı İvan Urqantın ölkədən getdiyi bildirilirdi.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man