Şuşada səsləndirilən sübh azanı bütün ətraf bölgələrdə, o cümlədən Xankəndidə də eşidilib.
Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Videodan aydın olur ki, sübh namazı üçün səsləndirilən azanın səsi dağlarda əks-səda verərək dalğa-dalğa onlarla kilometr uzaqlara yayılır.
Bundan əlavə, böyük meqafonlarla Azərbaycan mədəniyyətinin ən dəyərli nümunələrini səsləndirən Şuşalılar bununla da Xankəndidə yaşayan erməniləri Azərbaycan incəsənətinin ən gözəl nümunələri ilə tanış edirlər.
Ötən gün dağlarda əks olunan dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasının üvertürası da buna misaldır.
Sözügedən görüntüləri təqdim edirik:
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man