Sürücülərin müxtəlif vaxtlarda başına gələn hadisələrdən biri də sürət həddini aşmağa görə gələn cərimələrdir.
Avropa ölkələrində sürət həddini aşmağa görə cəzalar çox yüksəkdir. Bəzi ölkələrdə sürət həddini 50 km/saatdan çox aşan sürücünün cəriməsi illik gəlirinə əsasən hesablanır. Belə sistemin tətbiq edildiyi İsveçrə və Finlandiyada bəzən cərimənin qiyməti maşından baha olur.
Avtosfer.az-ın autoplus.fr-ə istinadla sizə ilk onluqda olan cərimələri təqdim edir. Siyahıda cərimə məbləği, yer, tarix, aşılmış sürət həddi və avtomobil göstərilib:
1. 679 000 € : 290 km/saat, İsveçrə 2010, Mercedes SLS AMG
2. 290 000 € : Ferrari Testarossa, İsveçrə 2010, sürət naməlumdur
3. 283 000 € : 88 km/saat, İsveçrə, 2018
4. 201 000 € : 72 km/saat, Belçika, 2019
5. 192 000 € : 80 km/ saat, Finlandiya, 2004
6. 125 000 € : 51 km/ saat, Finlandiya, 2009
7. 125 000 € : 81 km/ saat, Finlandiya, 2019, Mercedes G 500
8. 115 000 € : Finlandiya, 2002, sürət naməlumdur
9. 107 000 € : Finlandiya, 2008, Porsche, sürət naməlumdur
10. 98 000 € : 77 km/ saat, Finlandiya, 2013, sürət naməlumdur.
Hörmətli oxucu, bu sualın cavabını sənin ixtiyarına buraxıram: eyni xətaya görə 200 min manatlıq avtomobillə Brejnev dövrünün Jiqulisinə eyni məbləğdə cərimə yayzmaq doğrudurmu?
Vüqar Yaşaroğlu
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man