Avtosfer.az avtomobil dünyasında baş verən maraqlı hadisələrlə sizi tanış etməyə davam edir.
2022-ci ildə yubileyi keçirilməsi nəzərdə tutulan şirkətlər.
“Opel” 160 illik yubiley.
Kompaniya Adam Opel tərəfindən 1862-ci il 21 yanvarda Almaniyada yaradılıb. Təzə açılan şirkət ilk başlarda tikiş maşınları, sonralar iriçarxlı velosipedlər istehsal etməyə başlayıb. Avtomobil istehsalı isə tam 27 il və Adam Opelin vəfatından 4 il sonra baş tutub.
“Cadillac” 120 illik yubiley.
General Motors şirkətinin istehsal etdiyi premium klass sayılan “Cadillac” avtomobilləri ilk dəfə 1902-ci ildə ABŞ-da istifadəyə verilib.
“Jaguar” 100 illik yubiley.
Bu şirkət Vilyam Layons və Vilyam Uolmsli tərəfindən 1922-ci ildə yaradılıb. İlk istehsalat dövründə şirkət “Swallow Sidecar” adı altında müxtəlif motosikllər üçün oturacaqlar satışa buraxırdı. Gəlir əldə edə bilmədiyindən “Austin7”, sonradan isə istiqaməti dəyişərək “Fiat 509A” , “Morris Cowley” və “Wolseley Hornet” modelləri üçün detallar istehsal etməyə başladı.
“Audi 80 (B1)” 50 illik yubiley.
Avtomobilin 1972-cü ildə buraxılan debüt versiyası İtalDesign tərəfindən yenidən işləndikdən sonra, Avropada satışa çıxarılaraq “İlin avtomobili” adını qazanıb.
“BMW” (E12) seriyasının 50 illik yubileyi.
Məşhur dizayner Pol Brakın xüsusi dizayn etdiyi, 5-ci seriyadan olan “BMW” (E12) modeli 1972-ci ildə istehsal edilib.
Nərminə Əli
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man