Bolqarıstan hökumətinin ölkəyə dönərkən PCR testi tələbini ləğv etməsindən sonra tur avtobusları və digər nəqliyyat vasitələri ilə Türkiyənin Ədirnə bölgəsinə gələn bolqarlar turistlərin sayı kəskin artıb.
Onlar yerli mağazalardan çörək və kartof-soğandan tutmuş, şəkər tozu, ət, yağ kimi ərzaq məhsulları, eləcə də gündəlik tələbət malları, təmizlik vasitələri və geyim alaraq ehtiyaclarını qarşılayrlar. Bolqarların axını Ədirnə tacirlərinin də ürəyincədir. Belə ki, PCR testi tələbinin aradan qalxması mağaza sahiblərinin gəlirlərini əməlli-başlı artırıb. Bir qayda olaraq, bolqarların səhər saatlarında bazarlığa gəldikləri, nahar etdikdən sonra isə ölkələrinə qayıtdıqları bildirilir.
Mənbə: “Haber Global”
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man