Belçikanın Limburq şəhərində yaşayan Gerri Diriksin avtomobili dünən milyonuncu kilometrini qət etsə də, təzə kimi görünür.
Avtosfer.az-ın xəbərinə görə, Gerri kilsədə kanon ifa edir və 25 ildir eyni avtomobili idarə edir. Hər gün bir neçə yüz km yol qət edən sürücü bu avtomobili sadə konfiqurasiyasına görə alıb: “mən elektronikanı sevmirəm. Həmişə problem yaradır”, deyir Gerri.
Limburq sakini avtomobilinə peşəkar servisdə qulluq etdirir. O, artıq 4 servis kitabçasını doldurub. Dediyinə görə polis də onu yoxlama üçün saxlamır. Çünki avtomobil vaxtı-vaxtında texniki baxışdan keçir, lazımi qulluq edilir.
Bu günlərdə isə polis onu saxlayaraq avtomobilin təzə qalmasının səbəbini soruşub. Din adamının cavabı belə olub: “arvadınız kimi avtomobilə də qayğı göstərin, sevgi və hörmətlə yanaşın”.
Avtomobili satmaq fikrində olmayan Gerri yaxın günlərdə Almaniyanın Russelhaym şəhərinə gedəcək – avtomobili “Opel”in baş ofisinə göstərmək üçün.
Vüqar Yaşaroğlu
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man