Dünyanın ən böyük təyyarəsi lüks otelə çevrilir

Maraqlı 14 Fevral 2022 | 14:07
OXUNUB: 658

Bundan öncə təyyarəni utilə göndərmək istəyiblər...

Airbus aviatikinti şirkətinin sabiq mühəndisi Frederik Delez dünyanın utilə göndəriləcək ən böyük Airbus təyyarəsini restoran kompleksi olan mehmanxanaya çevirmək niyyətindədir.

Ednews Moderator.az-a istinadən xəbər verir ki, bu barədə Aerotime.aero nəşri yazıb.

Gələcək otelin 31, o cümlədən iki lüks nömrəsi olacaq. Oteldə üç tip nömrə: ikinəfərlik standart, üç və ya dörd nəfərlik lüks və adi nömrələr olacaq.

Lüks nömrələrdən biri A380 təyyarəsi pilotunun kabinəsində, digəri isə təyyarənin arxa hissəsində iki mərtəbədə yerləşəcək.

Otel komleksinin tərkibinə terrası və ən böyük təyyarəyə görünüşü olan 60 yerlik restoran daxil olacaq.

Məlumata görə, hesabdan silinən avialayneri Fransanın Tuluza hava limanının ətrafında yerləşdirmək istəyirlər.

Orada Airbus təyyarələrinin istehsalı üzrə zavod və iri sərgi kompleksi var.

Bu qeyri-adi oteldə yaşamaq üçün qiymətlər hələ açıqlanmayıb.

Xatırladaq ki, amerikalı mühəndis Cino Luççi və oğlu 1943-cü ildə Douglas R4D hərbi təyyarəni təkərlər üzərində dayanan rahat evə çevirib, ona "Möcüzəli flaminqo" adı veriblər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man