Aya düşməli olan “Falcon 9” raketinin ikinci mərhələsinin görüntüsü çəkilib.
Kadrlar “Virtual Telescope Project”in təsisçisi Canluka Masi tərəfindən Romada uzaqdan idarə olunan “PlaneWave” teleskopundan istifadə edilərək əldə olunub.
Şəklin ekspozisiyası 60 saniyə olub, buna görə də təsvirdəki ulduzlar tire kimi görünür.
Astronomun sözlərinə görə, Ayın yaxınlığı və ondan gələn işıqlandırma yüksək keyfiyyətli görüntünün əldə edilməsinə mane olub.
2015-ci ildə “SpaceX” raketi “Deep Space Climate Observatory” peykini Yer-Günəş sisteminin “L1 Laqranj” nöqtəsi ətrafında orbitə çıxarıb. Hesablamalara görə, raket martın 4-də Bakı vaxtı ilə saat 16.25-də Ay ekvatoru regionuna əks tərəfdən düşəcək.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man