Avtomobillərdə alüminiumun tətbiqi yanacaq sərfini azaltmağa kömək edir - FOTO

Maraqlı 07 Fevral 2022 | 08:04
OXUNUB: 1322

Almaniyanın Aahen Universiteti Avropa Alüminium Assosiasiyası ilə birgə müxtəlif avtomobil detallarının alüminium ərintilərindən hazırlanmasına dair tədqiqat aparıb.

Avtosfer.az-ın “caradisiac.com”a istinadla xəbərinə görə, tədqiqatçılar sanballı nəticə əldə ediblər: alüminiumun geniş tətbiqi sayəsində avtomobilin kütləsi 40% azalıb, yanacaq sərfi 10% aşağı düşüb.

Tədqiqat nəticəsində sübut olunub ki, polad konstruksiyanın yüngülləşdirilməsi (ölçülərin kiçildilməsi) avtomobilin strukturuna mənfi təsir edir. Lakin alüminium ərintiləri yüngül olduğundan detalların kütləsi azalsa da, ölçüləri dəyişmir. Nəticədə isə istənilən səviyyədə sərtliyi və təhlükəsizliyi təmin etmək mümkün olur. Bəzi alüminium ərintiləri sərtlik baxımından poladı qabaqlayır.

26 detalın alüminiumla əvəzlənməsi nəticəsində 1300 kiloqramlıq avtomobili orta hesabla 230 kq yüngülləşdirmək mümkün olub. Kütlənin azalması yanacaq sərfinin azalmasına və mühərrikin resursunun artmasına səbəb olur. Sərfiyyatın aşağı olması ekologiyaya yalnız müsbət təsir göstərə bilər.

Avtomobildə istifadə edilən əlvan metalların həcminin artması korroziyanı da ləngidir, nəqliyyat vasitəsinin istismar müddətini artırır. 

Avtomobil sənayesində alüminiumunun tətbiqinin genişlənməsi AZərbaycan kimi bu metalı böyük həcmdə istehsal edən ölkələr üçün də gəlir mənbəyidir.

Vüqar Yaşaroğlu 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man