Epidemiyada turizm gəlirləri \"dibə dəyən\"ölkələr hansılardır?

Maraqlı 06 Fevral 2022 | 17:39
OXUNUB: 1727

2021-ci ilin sonuna kimi turizmlə bağlı qlobal ümumi daxili məhsulda 4 trilyon dollardan çox itki olub. Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransı və Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Turizm Təşkilatının dərc etdiyi hesabata görə, qlobal ümumi daxili məhsulda təxmin edilən itkilərin yüzdə 60-ı inkişaf etməkdə olan ölkələrin payına düşür.

Turizm gəlirlərinin ÜDM-də yüksək paya sahib olduğu kasıb Asiya, Afrika və Mərkəzi Amerika ölkələri bu prosesdə ən böyük zərbəni aldılar. Qlobal turizm sektorunda böyük böhrana səbəb olan səyahət qadağaları nəticəsində yoxsul ölkələrdə turistsiz keçən ikinci mövsüm səbəbindən bir çox insan işini və gəlirini itirib.

Pandemiyanın turizm gəlirlərinə zərbə vurduğu ölkələrdən biri olan Nepalda turizm hər il təxminən 1,3 milyon insanı işlə təmin edən bir sektordur. Nepalda illik dəyəri təxminən 750 milyon dollar olan turizm sektoru da yoxsul ölkə iqtisadiyyatının əsas sütunlarından biridir. Koronavirus epidemiyasından əvvəlki ildə Nepala gələn turistlərin sayı 1,2 milyon ikən, 2020-ci ilin aprelindən ilin sonuna kimi Nepala gələnlərin sayı cəmi 9 min 417 olub. Turizm sektorunun hər il payız aylarında zirvəyə çatdığı Nepalda 2021-ci il üçün gözləntilər də delta variantına yoluxma hallarının sayının artması səbəbindən boşa çıxdı.

Hazırda tək ümidi peyvənd olan Nepalla bağlı Turizm Şurasının sədri Dhananjay Regmi bildirib ki, hökumət peyvəndi təmin edə bilsə, Dubay və Maldiv adalarında olduğu kimi Nepalı da aça bilərlər. Lakin Nepalda indiyədək əhalinin yalnız 10 faizi tam peyvənd olunub.

Turizm sektoru koronavirus epidemiyasında "dibə dəyən" başqa bir ölkə Boliviyaya 2019-cu ildə təxminən 1,5 milyon xarici ziyarətçi, keçən il isə yalnız 375,000 turist gəldi. Ölkə daxilində bir çox turizm obyektləri və müəssisələr iş çatışmazlığı səbəbindən bağlanıb. 

Turizm gəlirlərinin ölkə iqtisadiyyatında çox mühüm yeri olan və vəziyyətin ürəkaçan olmadığı Tacikistanda 2019-cu ildə 1,2 milyon ziyarətçidən təxminən 250 milyon dollar gəlir əldə edildiyi halda, keçən il bu rəqəm 350 minə enib. Səlahiyyətlilər izah etdi ki, bu ziyarətçilərin əksəriyyəti turist deyil. İkinci mövsümünü turizmsiz keçirən və ildə təxminən 800 min turistin ziyarət etdiyi Afrika ölkəsi Malavidə keçən il turist sayı 75 faiz azalıb. Malavidə turizm sektorunda çalışan 35 min insanın işini itirdiyi bildirilib.

Mənbə: Aviatravel

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man