Qarabağdakı nadir bitki növləri tədqiq olunacaq

Maraqlı 06 Fevral 2022 | 16:37
OXUNUB: 2819

Yeganə yayılma mərkəzi Qarabağla məhdudlaşan nadir bitki növləri tədqiq olunacaq.

Bunu APA-ya AMEA-nın Botanika İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru, professor Səyyarə İbadullayeva deyib.

S. İbadullayeva bildirib ki, yeganə yayılma mərkəzi Qarabağla məhdudlaşan nadir növlərin də “Qırmızı kitab”ın III nəşrinə salınması gözlənilir: “Sözsüz ki, hələlik Qarabağ ərazisini təftiş edə bilmirik, lakin minalardan təmizləndikdən sonra bu ərazilərə təkrar baxılmalıdır. Hər halda yeganə yayılma mərkəzi olan unikal floralara aid növlər qorunmalıdır. Aparılan çoxillik tədqiqatlar, müxtəlif botaniklər tərəfindən ərazidən toplanmış herbari materialları, bu sahəyə dair əsərlər, xüsusən monoqrafiyalar və şəxsən tərəfimizdən toplanmış herbari materiallarının kameral analizi nəticəsində bu say tam dəqiqləşəcək”.

Direktor bildirib ki, Qarabağda olan 121 növ bitki “Qırmızı kitab”ın nə I, nə də II nəşrinə daxil edilməyib

Qeyd edək ki, “Qırmızı kitab”ın III nəşri 2023-cü ildə çap olunacaq.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man