Bu məşhur yaxtası üçün tarixi körpünü sökdürür - FOTO

Maraqlı 03 Fevral 2022 | 17:28
OXUNUB: 1024

Hollandiyada  De Hef kimi tanınan məşhur Koningshaven körpüsünün orta hissəsi Ceff Bezosun super yaxtasının oradan keçə bilməsi üçün qismən söküləcək.

Avtosfer.az  xəbər verir  ki, 430 milyon avro dəyərində olan nəhəng, üç dirəkli yaxta ölkənin Cənubi Hollandiya əyalətindəki Albasserdam şəhərində gəmiqayırma şirkəti "Oceanco" tərəfindən istismara verilib.

Lakin gəminin açıq dənizlərə çıxması üçün Rotterdamdan keçməlidir və körpü 40 metrlik eni üçün çox böyükdür.

Bu problemi aradan qaldırmaq üçün körpünün orta hissəsinin söküləcəyi və bütün əməliyyat xərclərinin Bezos tərəfindən qarşılanacağı açıqlanıb.

De Hefin tarixi 1878-ci ildən başlayır. Onun müasir versiyası 1927-ci ildə təqdim edilmişdir. İkinci Dünya Müharibəsi zamanı bombalardan böyük ziyan görən körpü şəhərdə bərpa edilən ilk tikililərdən biri olub.

Bezosun yaxtası üçün tarixi körpü söküləcək- FOTO

Bezosun yaxtası üçün tarixi körpü söküləcək- FOTO

Hit.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man