“Zaporojets” elektromobilə çevirdi, inanılmaz nəticə alındı – VİDEO

Maraqlı 03 Fevral 2022 | 14:59
OXUNUB: 687

Ukrayna sakini "Zaporojets” avtomobilinin kapotunun altına elektrik mühərrik quraşdırmağı bacarıb. "Seva TV” YouTube kanalında onun maşının sınaqdan keçirdiyi video yayımlanıb. Videonun müəllifi 10 dəqiqəlik videoçarxda "Zaporojets”i əsl elektromobilə çevirməyi necə bacardığını danışır. O, yolların birində saatda 100 kilometr sürəti 3,77 saniyəyə yığa bildiyini deyir.

İdeyanın müəllifi avtomobilin modernləşdirilməsi zamanı ona yeni elektrik mühərriki və diffuzor quraşdırdığını qeyd edib. Eyni zamanda, o, soyutma sistemini də yeniləyib.

"Ansaldo mot.3” elektrik mühərrikinin gücü 41 at gücü, çəkisi isə 82 kiloqram təşkil edir. Kişi həmin mühərrikə əlavə dəyişiklər edib. Nəticədə onun gücü 408 at gücünə bərabər olub.

Gələcəkdə avtomobilin sahibi ona idman təkərləri quraşdırmağa və digər dəyişiklər etməyə planlaşdırır. Avtomobilin maksimal sürəti 120 km/saatdır. Qeyd edək ki, "Tesla Model S” elektromobili saatda 100 kilometr sürətini 2,1 saniyəyə yığır.

 

virtualaz.org

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man