Azərbaycanda iki milyon manata helikopterlər satılır - FOTO

Maraqlı 27 Yanvar 2022 | 16:19
OXUNUB: 2468

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hərraca çıxarılan dövlət əmlakının, nəqliyyat vasitələrinin müxtəlif olması alıcıların marağına səbəb olur.

Avtosfer.az xəbər verir ki, martın 1-də keçiriləcək hərraca alıcıların diqqətini cəlb edə biləcək hava nəqliyyat vasitələri çıxarılacaq. Belə ki, helikopter sahibi olmaq istəyənlər üçün yeni fürsət yaranıb.

Dövlət Xidməti tərəfindən martın 1-də keçiriləcək hərraca dövlətə məxsus 3 helikopter çıxarılacaq. Hər 3 helikopterin ilkin start qiyməti 2 milyon manatdır. Bunlardan 1-i buraxılış ili 2009-cu il olan “Airbus EC-135P2”, digərləri isə istehsal tarixi 2005-ci il olan “Airbus EC-155B1” markalı helikopterlərdir.

Özəlləşdirilməyə çıxarılan helikopterləri almaq istəyən şəxslər ilkin satış qiymətinin 10 faizi məbləğində (200 000 manat) behi ödəməklə hərracda iştirak edə bilərlər.

Hərraca çıxarılan helikopterlərin siyahısı, fotoları ilə ətraflı linkdən tanış ola bilərsiniz.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man