Türkiyədə avtomobillər qarın altında itdi - VİDEO

Maraqlı 26 Yanvar 2022 | 01:00
OXUNUB: 4318

Türkiyənin Kastamonu vilayətinin Kürə rayonunda yağan güclü qar həyatı iflic edib.

Avtomobillər iki metrə yaxınlaşan qarın altında qalıb.

Rayon mərkəzində 1,5 metri keçən qarın qalınlığı kəndlərdə iki metrə çatıb.

Vətəndaşlar evlərin damında və nəqliyyat vasitələrinin yerləşdiyi ərazilərdə qar təmizləmə işləri aparır.

Sürücülər avtomobillərini qar altında tapmaq üçün xeyli vaxt sərf edirlər.

Fatih Ahmet Sunar üç ildir Kürə rayonunda yaşadığını və indiyədək belə qar yağmasını görmədiyini deyir:

"Güclü qara görə bir həftədir avtomobilimi istifadə edə bilmirəm. Maşını üçüncü cəhdimdə tapdım. Birincidə boş yeri qazmışdım. İkinci dəfə başqa bir maşın tapdım, ondan sonra isə öz avtomobilimi”.///qafqazinfo

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man