Dünyanın ən varlı insanları pandemiya zamanı sərvətlərini ikiqat artırıblar

Maraqlı 17 Yanvar 2022 | 13:38
OXUNUB: 521

Oxfam hesabatına görə, Elon Musk və Jeff Bezos da daxil olmaqla dünyanın 10 ən varlı adamı pandemiyanın başlanğıcından bəri sərvətlərini iki dəfə artırıb.
“Fins.az”xəbər verir ki, dünyanın ən zəngin 10 adamının sərvəti iki dəfədən çox artaraq 1,5 trilyon dollara çatıb, əmlak və səhm qiymətləri artıb.

Ultra varlılar dövlətin stimullaşdırıcı paketlərinin dəstəyi ilə sərvətlərini artırarkən, daha 163 milyon insan yoxsulluq həddinin aşağı səviyyədə yaşamağa başlayıb.

Hesabatda 2020-ci ilin mart-2021-ci ilin oktyabr ayları arasında dünya əhalisinin 99 %inin gəlirlərinin azaldığı, Teslanın qurucusu İlon Maskın və digər 9 milyarderin gəlirlərinin isə gündə 1,3 milyard dollar artdığı bildirilib.

Sərvətinin ən çox artıran adlar siyahısında birinci yeri İlon Mask, üçüncü yeri Amazonun qurucusu Ceff Bezos və üçüncü yerdə LMVH şirkətinin baş direktoru, fransız iş adamı Bernard Arnault tutub.

Forbes jurnalının milyarderlər siyahısına görə, Maskın sərvəti pandemiyanın ilk 20 ayında 10 dəfə artaraq 294 milyard dollara çatıb. “Bu 10 nəfər sabah sərvətlərinin 99,999 %-ini itirsələr belə, yenə də bu planetdəki 99 %-dən daha varlı olacaqlar”, – Oxfam bildirib.

Oxfam-a görə, 2030-cu ilə qədər 3,3 milyard insan gündəlik 5,50 dollardan aşağı  əmək haqqı ilə yaşayacaq.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man