Özbəkistanda COVID-19-a qarşı peyvənd olunan vətəndaşlar qiymətli prizlər, o cümlədən avtomobil qazana bilərlər.
Avtosfer.az xəbər verir ki, müsabiqə bu ilin yanvar, fevral və mart aylarında peyvənd olunan və sertifikat alan Özbəkistan vətəndaşlarına şamil edilir.
Yanvarın 5-dən bu günədək Özbəkistanda sutkalıq yoluxma halı günbəgün artmaqda davam edir. Belə ki, yanvarın 5-də yoluxma sayı 146 olmuşdusa, yanvarın 7-də 214, 9-da 389, 11-də 604, 13-də 824 olub.
Xatırladırıq ki, pandemiya dövründə ölkədə yoluxma sayı 203 min 297 nəfərə çatıb.
AZƏRTAC
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man