Təyyarə sürmək arzusu üçün kabinəyə soxuldu və hər şeyi xarab elədi – FOTO-VİDEO

Maraqlı 13 Yanvar 2022 | 17:45
OXUNUB: 1116

Təyyarə sürmək arzusunu yerinə yetirmək üçün kabinəyə soxulan sərnişin idarəetmə sistemini tamam sıradan çıxarıb. Hadisə Hondurasda “American Airlines” sərnişin təyyarəsində qeydə alınıb.

Məlumata görə, San Pedro Sula - Mayami reysi ilə uçan təyyarədə olan sərnişinlərdən biri enişdən sonra açıq kabinəyə girib və xaotik şəkildə rıçaqları çəkməyə, paneldəki düymələri basmağa başlayıb.

Kapitan davakar sərnişini dayandırmağa çalışıb, bundan sonra qanun pozucusu açıq pəncərədən tullanmaq istəyib.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsi həbs ediblər. Onun xəsarət alması barədə məlumat verilməyib.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man