Çində yük maşını üç gün uçurumun kənarında asılı qalıb.
Avtomobildə olan iki nəfər ölümdən geri dönüb. Maşının sürücüsü və avtomobildə olan digər şəxs xəsarət almadan qurtulub.
Sürücü bir tərəfi qayalıq, digər tərəfi uçurum olan dar yolda yük avtomobilini döndərməyə çalışıb. Maşın nəzarətdən çıxaraq uçurumun kənarına sürüklənib.
Maşını yoldan çıxarmaq elə də asan olmayıb. Üç gün ərzində xilasedicilər demək olar ki, dayanmadan çalışıblar. Nəticədə yük maşını dar yoldan çıxarılıb.
Mənbə: TRT
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man