İnsan həyatı ilk dəfə İsveçdə dronla xilas edilib.
Qar təmizləyərkən infarkt keçirən 71 yaşlı təqaüdçünün köməyə ehtiyacı olub.
Təsadüfən yaxınlıqda olan həkim və göyərtəsində tibbi avadanlıq olan pilotsuz uçuş aparatı xəstəni reanimasiya edib.
Defibrilyatoru olan dron çağırış yerinə həkim qrupunun çata biləcəyindən daha tez çatır.
Bu xidmət artıq bir neçə ildir ölkədə sınaqdan keçirilir, lakin ilk dəfə idi ki, bir insanın həyatını xilas etmək mümkün olub.
Bu xidmətlər yerli Everdrone şirkəti tərəfindən irəli sürülür.
Texnologiya təcili tibbi dispetçer xidməti ilə inteqrasiya olunub. Xidmət Emergency Medical Aerial Delivery adlanır.
Məhz defibrilatoru olan belə bir dron isveçli təqaüdçünü həyata qaytarmağa kömək edib.
Ümumilikdə infarktla bağlı 14 çağırış gəlib. 11 xəstə üçün defibrilatorları çatdırmalı olan pilotsuz təyyarələr köməyə uçub.
Hazırlayanlar həm ölkədə, həm də Avropada öz xidmətlərinin əhatə dairəsini genişləndirməyi planlaşdırırlar.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man