Avtomobil oturacaqlarındakı qızdırıcılar bu xəstəliyi yaradır

Maraqlı 06 Yanvar 2022 | 20:00
OXUNUB: 1010

Aparılan araşdırmalar nəticəsində 1973-cü ildən bəri kişilərin spermalarında böyük səviyyədə azalmalar meydana gəlməsi ortaya çıxıb.

Ailem.az bildirir ki, sperma sayındakı azalmanın dəqiq səbəbi bilinməsə də, araşdırma zamanı sonsuzluğu böyük ölçüdə meydana çıxaran bəzi məqamlar ortaya çıxıb.

Mütəxəssislər bildirir ki, bu sırada qidalanma əhəmiyyətli yer tutur. Belə ki, araşdırmalar ağ ət (quş əti) yeyən kişilərin qırmızı ət yeyənlərdən 13 faiz daha az sonsuzluq problemi yaşadığını ortaya çıxarıb.

Son illərdə xüsusilə şəhər həyatında bir çox insanın sıxıntısı halına gələn yuxu azlığı sadəcə yuxusuzluğu deyil, bir çox problemi gətirir. Gündəlik testesteron ifrazının böyük bir qismi yuxu əsnasında həyata keçir və kifayət qədər yatmayan kişinin nəsil artırma qabiliyyətində azalmalar ortaya çıxarır. Gündə 6 saatdan daha az yatan kişilər sonsuzluq problemi ilə qarşılaşır.

Kaliforniya Universitetində aparılan elmi araşdırma hamam və saunaların xayalarda temperaturu artıraraq, sperma istehsalında pozulmaya yol aça biləcəyini göstərir.

Araşdırma zamanı, eyni zamanda, avtomobil oturacaqlarında yer alan qızdırıcıların da uşaq sahibi olmaq şansını azaltdığı ortaya çıxıb.

Belə oturacaqlar həmçinin babasilin riskini də artırır, mövcud olan babasilin inkişafına, ağırlaşmasına səbəb olur.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man