Manafın bahalı maşınları gündəm oldu

Maraqlı 05 Yanvar 2022 | 17:45
OXUNUB: 2395

“Son vaxtlar kövrəlmişəm, yorulmuşam. İnsanlar o qədər etibarsız, haqsızdır ki... Kövrəlirəm, ağlayıram. Deyirəm, biz belə deyildik”.

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev deyib.

Sənətçi ünvanına deyilən tənqidlərdən danışıb. O bildirib ki, insanların ona qarşı aqressiv münasibətinə kövrəlir:

“Düşünürlər ki, bu gün kimin torbasını tikək. Kaş rayondakı evim yerində olardı, özümə uyğun qonşum olardı. Çağırardım ki, gəl oturaq, dərdləşək, bu insanları düşünməyək. Bezmişəm, kimsə zəng edəndə əllərim buz kimi olur ki, görəsən nə problemdir. Heyif... O qədər problemə görə zəng edirlər...”.

Aparıcı Nanə Ağamalıyeva isə Manafa “Çox bahalı maşınlar sürürsünüz, onun həyəcanını neçə gün yaşayırsınız? Sizin kimi bahalı maşın sürən az müğənni var” sözlərini söyləyib.

“İnsanlar elə edir ki, guya, onlar işləyir, mən yeyirəm. Nə etmişəm sizə?” - deyə müğənni cavab verib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man