Xankəndidə avtomobil kolonunda baş verən hadisəni sürücülərdən biri qeydə alıb. Avtosfer.az xəbər verir ki, ermənilərə məxsus 95-oo-900 nömrəli yük maşını Azərbaycan nömrəli maşınları ötməyə çalışıb. Bu zaman qarşıdakı maşınlar ona ötməyə imkan verməyib. Erməni sürücü ötə bilmədiyi üçün sağa manevr edərkən sağ zolaqla hərəkət edən azərbaycanlı sürücünün idarə etdiyi "Mercedes" markalı avtomobilə maneə yaradıb.
Qeyd edək ki, Azərbaycanın Dövlət Yol Polisi əməkdaşları qayda pozan erməni sürücünü 40 manat məbləğində cərimə edə bilər.
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man