Çikaqo sakini Marisa Fotieo dekabrda tətil üçün İslandiyaya uçub.
Uçuş zamanı xanım qəflətən boğaz ağrısı hiss edib və COVID-19 ekspress testindən yararlanıb. Müsbət nəticəni öyrənən amerikalı özünü digər sərnişinlərdən təcrid etmək istəyib.
O, stüardessaya koronavirusa yoluxduğu barədə xəbərdarlıq edib. Lakin Fotieonun ayrıca oturması üçün göyərtədə kifayət qədər boş yer olmadığından stüardessa ona uçuşun qalan dörd saatı ərzində özünü təyyarənin tualetində təcrid etməyi təklif edib.
Amerikalı qadın sosial şəbəkələrdə özünün təcrid olunması ilə bağlı videonu paylaşıb. Görüntülər tez bir zamanda 4,2 milyon baxış toplayıb və ölkə mediasının diqqətini çəkib.
“Bu tualetdə dörd saat keçirdiyimə inana bilmirəm. Amma mənim yerimdə olan hər kəs bunu etməli idi”, - deyə Marisa bildirib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man