Bakıda qəribə hadisə:Evin bir tərəfi istidir, digər tərəfi soyuq - VİDEO

Maraqlı 31 Dekabr 2021 | 01:00
OXUNUB: 1582

Bakının Xətai rayonunun Xudu Məmmədov küçəsində bir blokun sakinləri evlərinə istiliyin normal qaydada verilmədiyindən şikayətlənir. Evin bir hissəsinə istilik gəlmir, digər hissəyə verilən istilik isə tez-tez kəsilir. Bu  hadisənin səbəbləri barədə  əməkdaşlarımız danışacaq.

Bu xanım deyir ki, evimin bir tərəfi yazdır, günəş çıxıb, o birində şaxta, qış. Qəribədir deyilmi? Bu nahaqdan deyilmiş, bunun bir çıxarı var. 

"Azəristiliktəchizat"dan bildirdilər ki, borularda sızma var və elə müsahibə ərəfəsindəcə problemin həllinə başlayıblar. 

Azərsu Açıq Səhmdar Cəmiyyətinin Xətai rayon sukanal idarəsinin əməkdaşları da zirzəmidə suyun çəkilməsi üçün sözügedən ünvana gəldilər. Artıq iki gündür ki, suyu çəkməklə məşğul olan su-kanal idarəsindən o da bildirildi ki, bu əslində onların görməli olduğu iş deyil, onlar sadəcə texniki dəstək göstərirlər. Bir sözlə quyusu dərin olan bu zirzəminin suyunun tam çəkilməsi və sonra da borularının təmirindən sonra bina sakinləri tam gücü ilə istilik ala biləcəklər. Əgər o vaxtacan qış qurtarmasa... 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man