Almaniyanın Reynland-Pfalts vilayətində maraqlı cinayət hadisəsi baş verib.
Vilayət sakini olan 52 yaşlı kişi ötən gecə 402 avtomobilin təkərlərini deşib.
Lakin onun işinin üstü elə gecə ikən açılıb. Polis onu hadisə yerində yaxalayıb. Şübhəli şəxsin üzərinə baxış zamanı cinayət predmeti olan əlcək və qayçı da aşkar edilib.
Avtomobil sahibləri isə hadisədən səhər saatlarında xəbər tutublar. Gecə ərzində 1600-dək təkərin yararsız hala salındığı məlum olub. İlkin hesablamaya görə avtomobil sahiblərinə 150 000 avrodan (300 000 AZN) çox ziyan dəyib. Cinayətin motivi məlum deyil. ///lent.az
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man