Dünyada ilk:Həm avtobus, həm də qatar olan nəqliyyat vasitəsi - VİDEO

Maraqlı 25 Dekabr 2021 | 00:13
OXUNUB: 3473

Yaponiyada həm asfaltda, həm də relsdə hərəkət edə bilən dünyanın ilk ictimai nəqliyyat vasitəsi istifadəyə verilir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, avtomobil cəmi 15 saniyəyə avtobusdan qatara çevrilə bilir.

Bildirilir ki, birinci mərhələdə üç avtomobil istifadəyə veriləcək.

İkili təyinatlı avtomobil asfaltda olarkən rezin təkərlərlə hərəkət edir. Transfer stansiyasına çatdıqda, polad təkərlər avtomobilin altından relslərə enir.

Avtobus 21 sərnişin tutumuna malikdir. Həmçinin, dəmir yolunda saatda 60 kilometr, quruda isə saatda 100 kilometr sürətə çata bilir.

İkili təyinatlı avtomobilə xüsusilə əhalinin qocaldığı kənd yerlərində üstünlük verilməsi planlaşdırılır.

Bundan əlavə, təbii fəlakətlərdə dəmir yolu xətlərinin yararsız hala düşdüyü halda ikili təyinatlı nəqliyyat vasitələrinin istifadə edilməsi nəzərdə tutulur.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man