Belçikanın Şarlerua şəhərində COVID-19 peyvəndini vurdurmaq istəməyənlərin yerinə 9-cu dəfə peyvənd olunan şəxs saxlanılıb.
Avtosfer.az bildirir ki, hadisə peyvənd mərkəzlərinin birində qeydə alınıb və 33 yaşlı şəxs xəstəxana işçisi tərəfindən ifşa olunub.
Həmin şəxsinin 100-150 avro qarşılığında başqalarının yerinə peyvənd olunduğu məlum olub.
Ard-arda 8 doza peyvənd olunan insanın səhhətinin yaxşı olduğu bildirilir. İstintaq başa çatdıqdan sonra sözügedən adamın və peyvəndin pulunu ödəyən şəxslərin 5 ilə qədər həbs və cərimə olaraq 800.000 avro ödəyəcəyi qeyd olunub.
Analoji hadisənin təxminən bir həftə öncə Yeni Zelandiya və Braziliyada da qeydə alındığı açıqlanıb.
Modern.az
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man