Fransanın bir çox şəhərinə son 2 gündə ilk qar yağıb. Bu qar özü ilə müəyyən çətinlikləri də gətirsə də, sosial şəbəkənin fransız seqmentində hamı bu “Range Rover” sürücüsündən danışır.
Michelin qış təkərləri ilə təchiz olunmuş yüksək keçidli avtomobil şəhərin qarlı küçələrinin birində xırda bir yoxuşu qalxa bilmir. Sürücü tam ötürməni və avtomobilin bütün imkanlarını səfərbər etsə də, maşın yoldan çıxır və sürüşür. Sürücü də axırda bu yoldan vaz keçir.
Motor1.com jurnalı əlavə edir ki, avtomobil jurnalistləri bu modeli ötən qış Alp regionunda sınaqdan çıxararkən heç bir ciddi problemlə üzləşməyiblər.
Deməli, problem avtomobildə deyil, sürücüdədir. Peşəkar sürücü buranı “Jiquli” ilə asanlıqla qalxa bilər. Bir sözlə, heç bir texnologiya insan faktorunu istisna etmir.
Şəxsən özüm belə bir hadisənin 3 il əvvəl şahidi olmuşam: Yanvar ayında yol buz bağlayarkən iş yoldaşım Yasamaldakı enişi “Kia Serato” ilə düşdü. Bizə baxıb həvəsə gələn “Prado” sürücüsünün avtomobili isə ələ gəlmədi. Eyni yolu “Niva” ilə qalxmaq istəyən gənclər də biabır oldular. Halbuki, “Niva”nın keçicilik qabiliyyəti 40 ildə heç kimdə şübhə doğurmayıb.
Vüqar Yaşaroğlu
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man