Rəşad Nəbiyev: "Bu, cəmiyyətdə ictimai inam yaratmaq, bölgədə sabitliyin..."

Maraqlı 06 Dekabr 2021 | 16:33
OXUNUB: 858
"Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 92 ədəd mobil rabitə operatorlarının baza stansiyaları fəaliyyət göstərir. Ərazilərin 72 %-i 2G şəbəkəsi ilə, 52 %-i 4G şəbəkəsi ilə təmin edilib".

Sfera.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Həsənov Şamaxıda keçirilən "İşğaldan azad edilmiş ərazilərin innovativ iqtisadi inkişaf imkanları" mövzusunda elmi-praktiki konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həmin ərazilərdə televiziya və radio yayımının müvəqqəti bərpası artıq yerinə yetirilib: "Bu yaxınlarda Prezident İlham Əliyev Şuşada 130 metrlik Radio-Televiziya yayım qülləsinin təməlini qoyub. Bu da xüsusi bir xarakter daşıyır. Hal-hazırda insan kapitalının inkişafı istiqamətində işlər görürük. Bu baxımdan dövlət-özəl tərəfdaşlığına xüsusi önəm veririk. Dövlət-özəl əməkdaşlığı ilə tədqiqat laboratoriyalarının qurulması, kibertəhlükəsizlik sahəsində, yaxud da "Data analyst" sahəsində yeni kadrların yetişdirilməsi ilə bağlı artıq layihələrə başlamışıq".

R. Həsənov əlavə edib ki, İKT texnologiyaların, innovasiyaların işğaldan azad edilmiş ərazilərdə tətbiqi mühüm əhəmiyyət kəsb edir: "Bu istiqamətdə ilk növbədə ictimai inam faktorunu qeyd etmək istəyirəm. Azərbaycan ötən il möhtəşəm zəfər əldə etdi, qısa müddət ərzində mobil rabitə operatorları işğaldan azad edilmiş ərazilərdə fəaliyyətə başladılar. Bu, cəmiyyətdə ictimai inam yaratmaq, bölgədə sabitliyin, həmçinin yeni reallıqların təminatında mühüm rol oynayır".

O, investor inamı haqqında danışarkən bildirdi ki: "İstər post- konflikt, istər də təbii fəlakətdən sonrakı dövrdə investorların ən çox üz tutduğu sahə məhz İKT sektorudur. Bu baxımdan həmin ərazilərdə dəstəkləyici mühiti yaratmaq və investorların cəlbi baxımından çox mühüm faktordur. İşğaldan azad edilmiş ərazilərdə İKT sektorunun bərpasnaı, iqtisadi aktivliyinin artırılmasına, makroiqtisadi göstəricilərin yaxşılaşdırılmasına həm birbaşa təsir edəcək, xidmət sektorlarının inkişafına səbəb olacaq. Bu gün tədbir çərçivəsində "Ağıllı kənd", "Ağıllı şəhər" konsepsiyalarından çox danışıldı, burada duran ən birinci məsələ "Əşyaların interneti"dir. İnternetin olması, şəbəkələşmənin çox güclü olması çox vacibdir.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man