Putin “Volqa”sı ilə şəxsi sürücü işləməsindən danışdı

Maraqlı 12 Dekabr 2021 | 22:41
OXUNUB: 4137

Rusiya Prezidenti Vladimir Putin 1990-cı illərin əvvəllərində hamı kimi çətinlikdən keçdiyini və öz “Volqa”sında şəxsi sürücü kimi çalışdığını bildirib.

Avtosfer.az xəbər verir ki, bu barədə Putin Rusiya-1 kanalında yayılan “Rusiya. Yeni tarix” filmində deyib.

“Hamı kimi yaşadım, ancaq bəzən sürücü işləmək lazım gəlirdi. Demək istəyirəm ki, öz maşınınla şəxsi sürücü kimi əlavə pul qazanmaqdan söhbət gedir. Əgər doğrunu desəm, bu barədə danışmaq xoş deyil, ancaq təəssüf ki, bu da olub”, - Putin bildirib.

Putin o maşının Almaniya Demokratik Respublikasından (həmin dövrdə Putinin xəfiyyə kimi çalışdığı Şərqi Almaniya) gətirdiyi “Volqa” olub-olmaması sualına belə cavab verib:

“Əlbəttə, mənim başqa maşınım yox idi”.///axar.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man