Məşhur şəxsiyyətlərin və ya abidələrin təsviri olduğu avro əskinasları yaxın illərdə buraxıla bilər.
Xarici KİV-lər xəbər verir ki, bu məsələ avronun 2022-ci ilin 1 yanvar tarixində qeyd ediləcək 20 illiyi münasibətilə Avropa Mərkəzi Bankında (ECB) müzakirə olunur. Yaxın günlərdə sözügedən təşəbbüs rəsmi şəkildə irəli sürüləcək. Təşəbbüsün qəbul ediləcəyi halda ECB Avropa İttifaqı üzv ölkələrinin təkliflərini dəyərləndirəcək.
Qeyd edək ki, hazırda tədavüldə olan avro əskinasları üzərindəki şəkillər ümumi xarakter daşıyaraq konkret tikili və binaları əks etdirmir. 2013-ci ildə ECB qədim yunan əsatirinin qəhrəmanı Avropanın təsviri olduğu “Avropa” adlı silsilə buraxıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man