ABŞ-ın Texas ştatında saxta sənədlərlə COVID-19 üçün verilən güzəştli krediti alaraq lüks alış-veriş edən şəxs 9 il həbs cəzasına məhkum edilib.
Ölkənin Ədliyyə Nazirliyindən verilən açıqlamada, Texasdan olan 30 yaşlı Li Praysın fırıldaqçılıq və çirkli pulların yuyulmasında günahkar bilindiyi vurğulanıb.
Linin vergi qeydlərini saxtalaşdıraraq COVID-19 fondundan 1,6 milyon dollar kredit götürdüyü və “Lamborghini Urus”, “Ford F-350” avtomobilləri və “Rolex” saatı kimi bahalı əşyalar aldığı qeyd edilib.
Ona qarşı irəli sürülən ittihamları etiraf edən Linin məhkəmədə 9 il həbs cəzası aldığı bildirilib.
Nazirlikdən bildirilib ki, Dələduzluqla Mübarizə İdarəsi tərəfindən COVID-19 yardım fondlarında fırıldaqçılıq faktı ilə bağlı 150-dən çox müttəhim barəsində 95-dən çox cinayət işi açılıb.
Bütövlükdə, indiyədək sözügedən fondlardan qeyri-qanuni yollarla 75 milyon dollardan çox nağd pul götürülüb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man