“Volkswagen” elektromobil istehsalını dayandırdı

Maraqlı 18 Noyabr 2021 | 14:45
OXUNUB: 1424
Almaniyanın avtomobil nəhəngi "Volkswagen” çip çatışmazlığına görə ilk dəfə elektromobil istehsalını dayandırıb.

Sfera.az  xarici mətbuata istinadən xəbər verir ki, "VW ID.3”, "VW ID.4”, "Audi Q4 e-tron” və "Cupra Born” modellərinin istehsalı bir həftəlik dayanıb. Bunun nəticəsində 5 min ədəd az avtomobil istehsal ediləcək.

Buna kimi şirkət daxili yanacaq mühərrikli "Golf” və "Tiguan” avtomobillərinin istehsalını dayandırsa da elektromobil istehsalının elektron hissələrlə təchizatına prioritet verilirdi. Buna görə Tsvikkau və Drezdendəki istehsal xətləri fasiləsiz olaraq işə davam edirdi.

Xatırladaq ki, qlobal çip çatışmazlığından ən böyük zərbəni avtomobil sənayesi alıb. "Volkswagen” bu ilin nəticələrinə görə avtomobil istehsalının 6,2 % azalacağını proqnozlaşdırır. Eyni dövrdə "Ford”un istehsalı 700 min ədəd, "Stellantis”in – 600 min ədəd, "Renault”un – 500 min ədəd, "Toyota”nın- 300 min ədəd azalacağı gözlənilir. "AlixPartners” konsaltinq şirkətinin proqnozuna görə bu il avtomobil istehsalı 7,7 milyon ədəd azalacaq. Avtomobil sənayesinin bununla əlaqədar olaraq itkiləri 210 milyard ABŞ dolları olacaq.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man