Avropa İttifaqı (Aİ) Şurasının keçmiş prezidenti, Polşanın keçmiş baş naziri və hazırkı müxalifət lideri Donald Tusk sürət həddini aşdığı üçün sürücülük vəsiqəsindən məhrum edilib.
Bu barədə Donald Tusk "Twitter" hesabında bildirib.
“Yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar üç ay müddətinə sürücülük vəsiqəmin ləğvi, 10 bal və cəriməm var. Adekvatdır. Mən bu cəzanı müzakirə etmədən qəbul etdim", - deyə o bildirib.
Mlava rayon polis departamentinin sözçüsü jurnalistlərə faktı təsdiqləyib. Qeyd olunub ki, şənbə günü səhər Vişnevo kəndində polis sürəti saatda 50 kilometrdən çox aşan "Skoda" avtomobilinin sürücüsünü saxlayıb. Polis sözçüsü cərimələnən şəxsin Donald Tusk olduğunu və onun nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edildiyini və cərimə olunduğunu təsdiqləyib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man