Dünyada ən çox istifadə edilən şifrələr məlum olub

Maraqlı 19 Noyabr 2021 | 21:15
OXUNUB: 509

Dünyanın 50 ölkəsini əhatə edən araşdırmalar zamanı 200 ən çox istifadə edilən şifrənin siyahısı hazırlanıb.

“Report” xəbər verir ki, bu barədə “NordPass” nəşri hesabat açıqlayıb.

Bu siyahıda ilk yeri “123456” şifrəsi tutur. Belə ki, bu şifrədən 103 milyon 170 min 552 istifadəçi istifadə edib. İlk 3-lükdə digər yerləri 46 milyon 027 min 530 istifadəçi ilə “123456789” və 32 milyon 955 min 431 istifadəçi ilə “12345” şifrələri tutur.

Siyahıda sonuncu yerdə isə 290 min 395 istifadəçi sayı ilə “xxx” şifrəsi dayanır.

Qeyd edək ki, şifrələrin siyahısı kibertəhlükəsizlik insidentlərinin tədqiqi üzrə ixtisaslaşmış müstəqil tədqiqatçılarla birgə tərtib edilib. Onlar 4 TB məlumat bazasını analiz ediblər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man