Beynəlxalq Kosmik Stansiyanın (BKS) heyətində dəyişiklik baş verəcək.
Lent.az-ın xəbərinə görə, 4 astronavt stansiyanı bazar günü tərk edəcək.
Onların bazar ertəsi günü ABŞ-ın Kaliforniya ştatında Yerə enməsi planlaşdırılır. Kosmik gəminin saat 12.14-də planetimizə çatacağı gözlənilir.
Bu dəfə stansiyanın tərkibinin yenilənməsi başqa formada həyata keçiriləcək. Meqan Makartur, Şan Kimbrouq (ABŞ), Akihiko Hoşide (Yaponiya) və Tomas Peske (Fransa) Yerə qayıtdıqdan sonra 4 astronavt stansiyaya gedəcək. Səbəb Crew-3 gəmisinin startının əlverişsiz havaya görə 3 dəfə təxirə salınmasıdır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man