Kraliçanın oğlunun pendirlə işləyən avtomobili - FOTO

Maraqlı 06 Noyabr 2021 | 09:20
OXUNUB: 404

Qlazqo şəhərində BMT-nin İqlim sammiti davam etdiyi dövrdə dünya mətbuatında maraqlı bir xəbər yayıldı.
Uels şahzadəsi Çarlzın (Böyük Britaniya krallığının vəliəhdi. Kraliça II Elizabetin oğlu) “Aston Martin” markalı avtomobili pendirlə işləyir. Bəli, xəbər tam ciddidir.
Məlum olub ki, anasının 50 il əvvəl hədiyyə etdiyi avtomobil ekoloji standartlara cavab vermədiyi üçün şahzadəyə problemlər yaradır. Bununla belə, vəliəhd avtomobillə vidalaşmaq istəmir. O məsələni mühəndislərlə məsləhətləşdikdən sonra problem həll olundu. 50 yaşlı avtomobilə bioyanacaqla işləyən mühərrik quraşdırıldı. Avtomobilin yanacağı 85% bioetanol, 15% premium benzindir. Bioyanacaq özü də pendir və şərab istehsalı zamanı yaranan maye tullantılarından sintez olunur.
Yeni mühərriklə avtomobil daha çevik və səssizdir. Ekoloji uyğunluq da problem yaratmır.

Vüqar Yaşaroğlu

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man