"İndiana Cons 5” filmi də dəhşətli ölümlə gündəmə gəldi: Cəsədi otel otağından tapıldı

Maraqlı 05 Noyabr 2021 | 23:59
OXUNUB: 446

"Rust”dan sonra daha bir filmin çəkiliş meydançasından üzücü xəbər gəlib.

Sfera.az bildirir ki, baş rolda Harrison Fordun olduğu "İndiana Cons 5” filminin montaj rejissoru Nik Kupak dünyasını dəyişib. Mərakeşin Fes şəhərində baş tutan çəkilişlərə  54 yaşlı Kupakın ölümünə görə fasilə verilib. 

Məlumata görə, onun cəsədi otel otağında ölü tapılıb. Ölüm səbəbi açıqlanmayan Kupakın təbii səbəblərdən vəfat etdiyi təxmin edilib. 

Nik Kupak daha əvvəl "Park”, "Disney's Cruella”, "Bridget Jones's Baby”, "X-Men” və "The Da Vinci Code” kimi filmlərin də montaj rejissoru olub.

"İndiana Cons 5” filminin 2022-ci ildə nümayişi nəzərdə tutulsa da,  davamlı fasilələrə görə, 2023-cü ilə təxirə salınmışdı. Eyni zamanda baş rol ifaçısı Harrison Fordun çiynindən zədə alması da çəkilişlərin dayanması ilə nəticələnmişdi.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man