Yarım əsr eyni yerdə dayanan avtomobil nəhayət götürüldü - FOTO

Maraqlı 04 Noyabr 2021 | 19:55
OXUNUB: 10220

İtaliyalı pensiyaçının 47 ildir yerindən tərpənməyən avtomobili turistləri cəlb edir.

Lent.az-ın xəbərinə görə, Konelyano şəhərindəki “Lancia Fulvia” markalı avtomobil 1970-ci ildə alınıb. 1974-cü ildə isə Zamboni küçəsində park edilib.

Avtomobilin 94 yaşlı sahibinin dediyinə görə o zaman arvadı qəzet köşkündə satıcı işləyirmiş. Avtomobil də anbar kimi istifadə olunub. 1974-cü ildə qadın təqaüdə çıxanda qərar alıb ki, avtomobil burada qalsın.
Avtomobil artıq şəhərin simvoluna çevrilib. Bura gələn turistlər onun qarşısında şəkil çəkdirirlər.

Lakin bu günlərdə vəziyyət dəyişib. Bələdiyyə yolu təmir edərkən avtomobili yerindən götürmək istəyib. Avtomobil sahibi onun utilizasiya edilməməsi şərti ilə bələdiyyəyə bağışlayıb. Bələdiyyə də öz növbəsində avtomobili kolleksiyaçılara həvalə edib. Bərpadan sonra “Lancia” şərabçılıq məktəbinin həyətində yerini alacaq. 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man