Hava şarlarında stratosferə uçmaq mümkün olacaq

Maraqlı 04 Noyabr 2021 | 05:24
OXUNUB: 2871

Stratosfer şarları tezliklə ulduzlara səyahət üçün növbəti variant olacaq.

ABŞ-ın “World View” şirkəti yeni layihəsini təqdim edib. Bu, səkkiz sərnişin daşıya bilən futuristik kapsuldur. Nəhəng şar onu stratosferə (ən azı 30 min metr) qaldırır.

Qeyd edilir ki, bu, kosmosun rəsmi sərhədini keçmək üçün kifayət etmir (o, 100 km hündürlükdə təsdiq edilib), lakin mavi planetdən və onun digər tərəfindəki mütləq qaranlıqdan zövq almağa imkan verəcək.

Uçuşun altı saatdan səkkiz saata qədər davam edəcəyi gözlənilir.

Startapın baş direktoru Rayan Hartman bildirib ki, onun şirkəti 2024-cü ildə ilk şarları havaya buraxmağı planlaşdırır. Turist üçün buraxılışın qiyməti 50 min dollardır. Bu, “Blue Origin” və “Virgin Galactic” kosmik turizm şirkətlərinin qiymətlərindən xeyli aşağıdır.

Mənbə: Liberation

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man